Dünyanın ən yaxşı plastik cərrahlarından biri hesab olunan İvo Pitangi 90 yaşında vəfat edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, braziliaylı cərrah avqustun 6-da Rio-de-Janeyro şəhərində keçirilən 31-ci Yay Olimpiya Oyunlarının açılış mərasimində məşəl aparanlardan biri olub.
O, ertəsi gün ürək infarktı keçirib.
Bir çox cərrahiyyə əməliyyatları ilə məşhurlaşmış İvo Pitaqngi öz ölkəsindəki sağlamlıq turizminə töhfələr verib, xaricdən Braziliyaya turist axınına yardımçı olub. O, plastik cərrahiyyənin filosofu kimi də tanınıb.
Mahir