9 Avqust 2016 11:46
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Əfv Təşkilatı Efiopiyadakı etiraz aksiyaları zamanı polislə nümayişçilər arasında qarşıdurma zamanı təxminən 100 nəfərin öldürüldüyünü bəyan edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, öldürülənlər nümayişçilərdir.

Ölkə rəsmiləri isə təhlükəsizlik qüvvələrinin etirazçıların göstərdiyi zorakılığa müdaxilə etdiyini, bu zaman cəmi 7 nəfərin öldüyünü açıqlayıb.

Afrika ölkəsi olan Efiopiyada son aylar böyük etiraz aksiyaları keçirilir. Aksiyalara səbəb Oroma və Amhara əhalisinin siyasi və iqtisadi sahədə yad münasibətlə üzləşdiyini, ikili standart tətbiq olunduğunu iddia etməsidir.

Efiopiyanın yaxın müttəfiqi olan ABŞ hazırda davam edən qarşıdurmaya görə narahatlıq keçirdiyini, insanların nümayiş təşkil etmək haqqına hökumətin hörmətlə yanaşmalı olduğunu vurğulayıb.

Sevinc


Müəllif:

Oxşar xəbərlər