9 Avqust 2016 21:25
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Qazprom” şirkəti “Türk axını”nın reallaşdırılması ilə bağlı danışıqlara başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib.


A. Novak deyib ki, Rusiya və Türkiyə “Türk axını”nın reallaşdırılması ilə əlaqədar İşçi Qrupunun yaradılması barədə razılığa gəlib. Rusiya Türkiyə tərəfinə “Türk axını”nın tikintisi ilə əlaqədar hazırladığı “Yol xəritəsi”ni də təqdim edib.

“Türk axını”nın birinci xəttinin tikintisi 2019-cu ilin ikinci yarısında başa çata bilər. Energetika naziri “Türk axını”nın reallaşdırılması çərçivəsində Rusiyanın Türkiyəyə satacağı qazın qiymətində endirim olması məsələsinin müzakirə olunmadığını, bununla belə Rusiya Energetika Nazirliyinin Türkiyə üçün qazın qiymətində endirim edilməsini müzakirə etməyə hazır olduğunu qeyd edib. A. Novak Avropanın zəmanəti olmadığı halda “Türk axını”nın yalnız birinci xəttinin tikiləcəyini bildirib.

Rusiyanın energetika naziri “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi üçün müvafiq icazələrin verilməsinin də razılaşdırıldığını açıqlayıb.


Müəllif:

Oxşar xəbərlər