10 Avqust 2016 00:52
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka polisi özünü miqrant mərkəzində partlatmaqla hədələyən 1 kişini saxlayıb.

Teleqraf.com xəbər verir ki, insident Nyuborq şəhərində baş verib.

“İndependent” qəzeti 22 yaşlı gəncin İrandan olan qaçqın olduğunu xəbər verir.

O binanın damına çıxaraq, özünü öldürməklə hədələyib. Amma heç bir tələb irəli sürməyib.

500 nəfərlik bu mərkəzdə evakuasiya olub.

Polis insidentin motivini araşdırır. Hazırda Danimarkadan rəsmi qaydada 21 min qaçqın sığınacaq istəyib.


Müəllif:

Oxşar xəbərlər