11 Avqust 2016 13:39
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın avqustun 9-dakıSankt-Peterburq görüşündə kürd məsələsi də müzakirə olunub.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım bu gün keçirdiyi mətbuat konfransında danışıb.

Ümid Yardım bu məsələdə prezidentlərin fərqli mövqedə olduqlarını deyib: "Bu problem 9 avqust görüşündə müzakirə olunub və yenə müzakirə olunacaq. Məsələyə münasibətdə fikir ayrılığının olduğunu deyə bilərik".

Səfirin sözlərinə görə, kürd problemi ilə bağlı Türkiyə tərəfinin əndişələri var və Ankara bu təhlükənin necə ortaya çıxdığını görür: "Düşünmürəm ki, mövqe ayrılığını tam ziddiyyət kimi qəbul eləmək lazımdır".

Mahir


Müəllif:

Oxşar xəbərlər