"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri hər iki tərəfin əlaqələrin bərpası üzərində işləməyə hazır olduğunu göstərdi".
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə Soçidə baş tutan görüşü zamanı deyib.
O bildirib ki, Rusiya Türkiyə ilə tam formatlı əlaqələrin bərpasına çalışır.
V.Putin Rusiya ilə Türkiyə arasında əlaqələrin bərpasında vasitəçiliyə görə Qazaxıstan prezidentinə təşəkkür edib.