Ermənistanda rəsmi qeydiyyatda olan 96.4 min işaxtaranın 63.1 mini qadındır.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu məlumatı Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin rəhbəri Artek Manqasaryan mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, Ermənistanda işsiz qadınlar ümumilikdə işaxtaran vətəndaşların 68,6 faizini (53,7 min) təşkil edir: "Bütün işsizlərin 24.5 faizi gənclər, 3.5 faizi əlillərdir. İşsizlərin 12.4 faizi ali, 18.5 faizi orta təhsillidir".
Artek Manqasaryan bildirib ki, Ermənistanda yoxsulluğun səviyyəsi ötən illə müqayisədə 2 faiz aşağı düşüb və 30 faiz olub.
Mahir