18 Avqust 2016 14:11
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin hərbi və siyasi xadimi, keçmiş baş nazir Ehud Barak hazırkı baş nazir Benyamin Netanyahunu kəskin tənqid edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ehud Barak Netanyahunu qorxaq və zəif şəxs kimi xarakterizə edib.

Onun sözlərinə görə, baş nazir İsrailin təhlükəsizliyinə zərər yetirib və bunun əvəzini ağır şəkildə ödəyəcək.

Rütbəcə general-leytenant olan Ehud Barak 1991-95-ci illərdə İsrailin Baş Qərargah rəisi, 1999-cu ildən 2001-ci ilədək 10-cu baş nazir, 2007-2013-cü illərdə isə müdafiə naziri vəzifələrini tutub.

Mahir


Müəllif:

Oxşar xəbərlər