19 Avqust 2016 10:35
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının Lusiana əyalətində sel və yanğın fəlakəti yaşayan əhali prezident Barak Obamanın tətilini yarıda saxlayıb hadisə bölgəsinə gəlməsini istəyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə əyalətin yüksək tirajlı "The Advocate" qəzeti yazıb.

ABŞ prezidentinə ünvanlanmış müraciətdə deyilir: "Prezident Obama, tətil vaxtıdı, ya vaxtı deyil, alışıb yanan Lusiananın sənə böyük ehtiyacı var".

Yay-qış tez-tez təbii fəlakətlə üzləşən əyalət sakinləri bu dəfə həm yanğın, həm də sel üzündən çıxılmaz vəziyyətə düşüblər. Kəskin isti və quraqlıq səbəbindən başlayan yanğın 200-ə yaxın evin yanmasına, 82 min insanın evakuasiya olunmasına gətirib. Ardınca yağışların yaratdığı sel insan itkisi ilə nəticələnib. 13 insan həlak olub, 40 min ev ziyan görüb.

Əyalət valisi bölgədə fövqəladə vəziyyət elan edib.

ABŞ prezidenti Barak Obamanın hazırda Massaçusetts ştatındakı bir adada istirahətdə olduğu bildirilir.

Mahir


Müəllif:

Oxşar xəbərlər