20 Avqust 2016 11:35
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın müdafiə naziri Hüseyn Dehqan rus hərbi təyyarələrinin Həmədandakı avibazadan istifadəsi məsələsinə münasibət bildirib.

Teleqraf.com İranın “Tasnim” agentliyinə istinadla xəbər verir ki, iranlı nazir bunu Suriya hakimiyyətinin xahişi ilə həyata keçirdiklərini açıqlayıb:

“Rusiya təyyarələrinin Həmədan aviabazasında qəbulu birgə əməkdaşlıq və terrorçuluğa qarşı müştərək mübarizə çərçivəsində Suriya hakimiyyətinin xahişi ilə həyata keçirilir”.

Qeyd edək ki, Rusiya Hərbi Kosmik Qüvvələri “İslam Dövləti” və “Cəbahət ən-Nüsra” terror təşkilatlarına avqustun 16-da etibarən İranın Həmədan aerodromundan aviazərbələr endirməyə başlayıblar. Bundan əvvəl isə Rusiya Hərbi Kosmik Qüvvələri sözügedən qruplaşmalara aviazərbələri Suriyadakı Hmeymim aerodromundan istifadə etməklə endirirdi.

Səxavət


Müəllif:

Oxşar xəbərlər