22 Avqust 2016 14:09
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın müdafiə naziri Hüseyn Dehqan Rusiyanı Həmədan aviabazasından istifadə ilə bağlı məxfi məlumatı yaymaqda ittiham edib.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, İran televiziyasına danışan nazir məlumatı mediaya sızdıran Rusyanın şou yaratmaq istədiyini bildirib.

Bununla belə, müdafai naziri Rusyanın hələ bir müddət avibazadan yararlanacağını və zamanın Suriyadakı vəziyyətlə asılı olacağını deyib.

Ötən həftə İranın qərbində yerləşən Şəhid Nije Aviabazası Suriyaya hava zərbələri endirən Rusiyaya məxsus bombardman təyyarələrinin ixtiyarına verilib. Aviabaza 1979-cu ildən sonra ilk dəfə xarici ölkəyə açılıb.

Mahir


Müəllif:

Oxşar xəbərlər