25 Avqust 2016 14:07
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyada Çevrilişçi Silahlılarla (FARC) hökumət arasında 52 il davam edən müharibə sona çatıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iki tərəf arasında Kubada tarixi razılaşma imzalanıb.

Məlumatlara görə, tərəflər 2012-ci ildən razılaşmanın əldə olunması üçün bir neçə dəfə görüşüb. Razılaşmanı hökumətin adından Humberto de la Kalle, silahlılar adından isı İvan Markes imzalayıb. İmzalanmadan sonra açıqlama verən Humerto de la Kalle hədəfə çatdıqlarını deyib.

Qeyd edək ki, 52 il davam edən müharibədə 220 mindən çox insan həyatını itirib, 6 milyon insan evindən didərgin düşüb. FARC təşkilatının 7 min döyüşçüsü var.

Samir


Müəllif:

Oxşar xəbərlər