ABŞ-a məxsus döyüş gəmisi İran körfəzində ona yaxınlaşan İran İnqilab Mühafizəçilərinin gəmisinə 3 dəfə xəbərdarlıq atəşi açıb.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Müdafiə Nazirliyinin rəsmisi məlumat yayıb.
O, İrana məxsus gəminin ABŞ Donanmasının "USS Squall" adlı gəmisinə 100 metrə qədər yaxınlaşdığını bildirib. Amerikalı nümayəndənin sözlərinə görə, İran gəmisi ilə yaradılan əlaqənin də heç bir faydası olmayıb və xəbərdarlıq atəşi açılıb.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Elizabet Trudeau İranın bu hadisədə niyyətinin məlum olmadığını və bunun iki ölkə arasındakı gərginliyi artıra biləcəyini deyib.
Qeyd edək ki, iki gün öncə də oxşar hadisə yaşanmışdı. Həmin vaxt ABŞ gəmisi 10 dəfə xəbərdarlıq atəşi açmışdı.
Samir