Filippində bir qrup ekstremistin penitensiar müəssisəyə hücum etməsi nəticəsində 28 məhbus orada qaçıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Filippinin "Maute" islam qruplaşmasının 50 silahlı üzvü Maravi şəhərindəki həbsxanaya basqın edib. Onlar "Maute"nin bir həftə əvvəl həbs edilən 8 üzvünü azad ediblər. Müxtəlif cinayətlərə görə cəza cəkən daha 20 nəfər həbsxanadan qaçmağa müvəffəq olub.
Qeyd edək ki, bundan əvvəl "Maute" döyüşçüləri İŞİD-lə müttəfiq olduqlarını bəyan ediblər.
Nihad