29 Avqust 2016 12:34
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin cənubundakı Ədən şəhərində terror aktı baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 60 nəfər həlak olub.

Məlumatlara görə, hücum zamanı çox sayda insan müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onların sayı məlum deyil. Yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istinasna edilmir.

Şahidlər bildiriblər ki, kamikadze bomba yüklü avtomobili düşərgənin yaxınlığında partladıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər