1 Sentyabr 2016 14:05
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Flippinin dövlət başçısı Rodrigo Duterteyə sui-qəsd planının qarşısı alınıb.

Teleqraf.com Anadolu Agentliyinə istinadla bildirir ki, Flippin polisinin verdiyi məlumata görə, silah hissələri qaçaqçılığı ilə məşğul olan şübhəli verdiyi ifadədə müştərilərdən birinin prezident Duterteni öldürməyi planlaşdırdığını söyləyib.

Şübhəli şəxs üzvü olduğu dəstənin sui-qəsdi planlaşdıran adamı “bir nömrəli müştəri” adalandırdığını da deyib.

Polis istintaq davam etdiyi üçün sui-qəsdi planlaşdıran şəxsin kimliyi barədə hələ ki, məlumat vermir.

Qeyd edək ki, Flippin prezidenti 2006-cı ildə ləğv edilən edam cəzasının narkotik, silah qaçaqçıları, qurbanlarını öldürən təcavüzkar şəxlər və oğrular üçün tətbiq edilməsini istəyirdi. Bilibid həbsxanasında olan narkobaronların Dutertenin başına 50 milyon pezo qoyduqları deyilirdi.

Sevinc


Müəllif:

Oxşar xəbərlər