4 Sentyabr 2016 16:12
2 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama G20 sammitinin keçirildiyi Xancjou aeroportunda xoşagəlməz insidentlə üzləşib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Ağ Evin rəhbərinin endiyi trapa qırmızı xalı açılmayıb. Associated Press-in xəbərinə görə,bu səbəbdən Obama ehtiyat çıxışdan istifadə etməli olub.

Bunun ardınca Obamanın köməkçisi ilə Çin məmuru arasında münaqişə yaranıb. Həmin məmur ABŞ prezidenti ilə uçan jurnalistlərdən aroportda baş verənləri işıqlandırmamağı xahiş ediblər.

Ağ Evin nümayəndələri isə buna cavab olaraq bildiriblər ki, ABŞ öz lideri üçün qaydaları özü müəyyənləşdiir.

"Bu bizim ölkəmizdir! Bu bizim aeroportumuzdur!", - deyə amerikaılara cavab verən çinli məmur Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Syuzan Raysın qarşısını kəsib.

Lakin bu yeganə insident olmayıb. Amrikalı jurnalistlərin bildirdiyinə görə, daha bir insident sammit öncəsi Obama və Çin rəhbəri Si Tszinpinin ikitərəfli danışıqlar apardığı rezidensiyada baş verib. Orada ABŞ nümayəndə heyətini müşayiət edən Çinin təhlükəsizlik işçiləri ilə bu ölkənin digər asayiş mühafizəçiləri arasında ciddi mübahisə yaranıb. Hətta çinlilərin az qala əlbəyaxa olduqları bildirilir. Buna səbəb isə Obama və Si Tszinpinin görüşünə amerikalı jurnalistlərin məhdud sayda buraxılması olub. Çin tərəfi zala cəmi 10amerikalı jurnalisti buraxıb. Bu isə ABŞ tərəfinin ciddi narazılığına səbəb olub.

Nihad


Müəllif:

Oxşar xəbərlər