"Selenqa-2016" Rusiya-Monqolustan birgə hərbi təlimlərində ruslar ilk dəfə olaraq "Uraqan" uzaqvuran reaktiv yayılım atəş sistemlərindən istifadə edəcək.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Şərq hərbi dairəsinin mətbuat xidmətinin rəisi Aleksandr Qordeev bildirib.
Qeyd edək ki, avqustun 30-dan başlayan hərbi təlimlər sentyabrın 7-dək davam edəcək. Təlimlərə hər iki tərəfdən 1000 hərbçi və 200 hərbi texnika cəlb edilib. "Selenqa" təlimləri 2008-ci ildən etibarən hər il keçirilir.
Nihad