Əfqanıstanın Müdafiə Nazirliyinin binası önündə iki güclü partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı ən azı 24 nəfər həlak olub, 91 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti “Taliban” terror qruplaşması öz üzərinə götürüb. Məlumatlara görə, iki kamikadze bir-birinin ardından üzərilərindəki partlayıcını işə salıb.
Samir