Türkiyədə tanınmış psixoloq İsmayıl Loyan keçmiş futbolçu Hakan Şükürü məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, psixoloq Hakan Şükürün onu Tvitter-də təhqir etdiyini irəli sürərək eks-futbolçuya qarşı dava açıb. Prokurorluğun ittihamnamısində yazılır ki, Loyan 2015-ci il noyabrın 24-də H.Şükürün Tvitter-də M. K. Atatürklə bağlı tvitinə şərh yazıb. Qarşı tərəf isə ona şərəf və ləyaqətini təhqir edən mesaj göndərib.
H.Şükürün barəsində "Səsli, yazılı və ya görüntülü mesajla təhqir" maddəsi üzrə cinayət işi açılıb.
Qeyd edək ki, Hakan Şükürün barəsində FETÖ ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində də həbs qərarı çıxarılıb. Amma ölkədə olmadığı üçün onu həbs etmək mümkün olmayıb.