Türkiyə hakimiyyəti ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Öcalana ailə üzvləri ilə görüşməyə icazə verib.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Öcalana qardaşı Mehmet baş çəkəcək. Görüşün Qurban bayramında baş tutacağı bildirilir.
Qeyd edək ki, A. Öcalan 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasında yerləşən həbsxanada cəza çəkir.