"Suriyada atəşkəs rejimi müddətsiz olmalıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binalı Yıldırım deyib.
Onun sözlərinə görə, Suriyada bütün maraqları birləşdirən xüsusi orqan yaradılmalıdır: "Türkiyə hökumətinin rəhbəri kimi Suriyada zorakılığa son qoyulmasına çağırıram. Müddətsiz atəşkəsin əldə olunması vaxtıdır. 6 illik müharibə heç kimə xeyir gətirmədi. ABŞ və Rusiya Suriya böhranının həlli üçün vacib addımlar atmalıdır".
Samir