İsrailin keçmiş prezidenti Şimon Peres xəstəxanaya yerləşdirilib.
Bu barədə Trend "AP" agentliyinə istinadən xəbər verir. Güman edilir ki, sabiq prezident insult keçirib. Həkimlər bildirirlər ki, Şimon Peresin vəziyyəti stabildir.