NATO-nun baş katibi Yens Stoltenberq yaxın günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Teleqraf.com-un məlumatına görə, tərəflər NATO ilə Rusiya arasında əməkdaşlığın perspektivləri, ikitərəfli əlaqələrdə şəffaflığın artırılması və qarşıdurma risklərinin azaldılması məsələlərini müzakirə edəcəklər.
Görüşün növbəti həftə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yığıncağı çərçivəsində reallaşması gözlənilir.
Qeyd edək ki, bu yaxınlarda Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko ilə görüşən NATO baş katibinin müavini Aleksandr Verşbou Rusiyanın son NATO-Rusiya Tərəfdaşlıq Şurasında təqdim etdiyi təkliflərin qiymətləndirildiyini açıqlamışdı. İclasda Rusiya tərəfi Finlandiya prezidentinin irəli sürdüyü planının müzakirəsini təklif etmişdi.
Kəmalə