Ukraynada Ali Radasının deputatları Aleksand Vilkul və Vladimir Parasyuk dalaşıblar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə telekanallardan birində yayımlanan proqramdan sonra baş verib.
Efirdən sonra Parasyuk Vilkula hücum edib və deputatlar jurnalistlərin gözləri önündə dava ediblər.
Davaya səbəb Parasyukun efir zamanı Vilkulu təhdid etməsi olub: "O Kremlin casusu kimi ölkəmizi müharibəyə sürükləyib. Vilkulu ölkədən qovmaq lazımdır".
Qeyd edək ki, Parasyuk bundan əvvəl parlamentin digər deputatı Dimitri Kolesnikovla da dalaşmışdı.
Samir