Türkiyə prezident Ərdoğan New Yorkda Bloomberq televiziyasına müsahibəsində gündəmlə bağlı bəzi sualları cavablandırıb.
Teleqraf.com "Sabah"a istinadən xəbər verir ki, ABŞ Fətullah Güləni ekstradisyi etməyəcəyi təqdirdə Türkiyənin buna necə cavab verəcəyi haqda suala cavabında Ərdoğan bu məsələnin zamana ehtiyacı olduğunu biliib:
"Bunu zamana buraxmaqda fayda var. Amma bilirsiniz ki, heç bir ölkənin alternativsiz planları olmaz. Yəni A planı varsa, bundan başqa şübhəsiz ki, B planı, C planı da var".
Ərdoğan Türkiyənin müttəfiqi olan ABŞ-a bu məsələdə güvəndiyini, bu güvənin qarşılığını görmək istədiyini dilə gətirib: "Amerikalı səlahiyyətlilərin bu istiqamətdə açıqlamaları oldu. Ümid edirəm ki, bir yanlışlıq olmaz".
Nihad