Zimbabve prezidenti Robert Muqabe Qərbi hədələyib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Muqabe BMT-nin Təhlükəsizlik Şurasında islahatlar aparılmayacağı təqdirdə Afrika ölkələrinin qurumu tərk edəcəyini bildirib.
Zimbabve prezidenti BMT-də Afrika ölkələrinin səlahiyyət və hüquqlarının genişləndirilməsini bildirir. O, buna əməl olunmayacağı təqdirdə Afrika ölkələrinin Rusiya, Hindistan və Çinlə birlikdə BMT-nin Təhlükəsizlik Şurasında dominantlıq edən Qərbə qarşı yeni qurum yaradacağını bildirib.
"Təhlükəsizlik Şurasının daimi üzvlərinin heç də hamısının mövqeyi nəzərə alınmır. Burada Britaniya, Fransa və ABŞ mühüm mövqe tutur. Əgər onlar inad edəcəklərsə, onqa qoy sonra şikayətlənməsinlər, biz öz təşkilatımızı yaradacağıq. Biz gələn il sentyabrda bu addımı atmaq fikrindəyik", - 92 yaşlı Muqabe deyib.
O, Nyu Yorkda BMT-nin Baş Assambleyasının toplantısı çərçivəsində Afrika ölkələri liderlərinin BMT üzvlüyündən çıxmaq məsələsini müzakirə etdiklərini də vurğulayıb.
Qeyd edək ki, 2005-ci ildən etibarən Afrika ölkələri Təhlükəsizlik Şurasında iki daimi yer tələb edir.
"Yalnız Rusiya və Çin bizi müdafiə edir, ABŞ isə bunu əleyhinə çıxır. Hamı bilməlidir ki, bütün ölkələr BMT-nin bərabərhüquqlu üzvləridir. Ya orada islahat aparılacaq, ya da bizsiz qalacaqlar. Hər il sentyabrda biz BMT-nin Baş Assambleyasının toplantısına gəlirik, böyük pullar xərcləyirik, nitqlər söyləyir və evə gedirik. Amerika və Avropalı bosslar isə hərşeyi özləri həll edirlər. Biz afrikalıların hüquqları uğrundamübarizə aparacağıq. BMT-nin ikinci dərəcəli üzvləri kimi qalmaq fikrində deyilik", - Muqabe deyib.
Nihad