Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət müşahidə qrupu referendumla bağlı bəyanat yayıb.
Teleqraf.com-un xəbərinə görə, Avropa Ittifaqi Regional Komitə üzvlərindən ibarət müşahidə qrupu Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumunu müşahidə etmək üçün Azərbaycana səfər edib və səsvermə səsvermə prosesini izləyib.
Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət müşahidə qrupunun bəyanatında deyilir: "Müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusion dəyişikliklərin məzmununu və legitimliyini araşdırıb, ümumxalq səsverməsi günü, 26 sentyabrda, 10 dairənin 2 məntəqəsində səsvermə prosesini yaxından izləyib.
Daha sonra müşahidə missiyası seçki günü apardığı müşahidə və araşdırma nəticəsində gəldiyi nəticələri açıqlayıb.
Missiya bəyan edib ki, referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib:
-Referenduma çıxarılan dəyişikliklər əsasən ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə xidmət edir.
- Müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermənin gedişatını müşahidə etmələrinin şahidi olublar.
- Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilib.
- Məntəqələrdə seçici aktivliyi yüksək idi, səsvermə prosesi dinc şəraitdə həyata keçdi.
- Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarının və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək öz iradəsini ifadə etdilər.
- Səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılmasını izləyib və digər müşahidəçilərə bülletenlərin sayılması prosesini də izləməyə maneçilik törədilmədiyinin şahidi olublar.
Beləliklə, belə bir nəticəyə gəlirik ki, Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumu legitimdir və onun nəticələri Azərbaycan xalqının iradəsinin müstəqil və azad şəkildə ifadəsini əks etdirir.
Qeyd edək ki, Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət müşahidə missiyasına Finlandiyadan Pauliina Haijanen, Estoniyadan Müürsepp Kurmet və Sukles Urmas, Latviyadan isə Dainis Turlais daxildir".
Nərgiz