Türkiyənin Qars vilayətində Fətullah Gülən Terror Şəbəkəsi (FETÖ) ilə əlaqədə şübhəli bilinən 15 əsgər həbs edilib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla bildirir ki, Qars prokurorluğunun əməkdaşları 9-cu hərbi briqadada araşdırma aparıblar.
Şahid ifadələri əsasında 35 hərbçi şübhəli şəxs qismində istintaqa cəlb edilib. 15 nəfərin barəsində isə məhkəmə həbs qətiimkan tədbiri seçib.