“ABŞ Suriya üzrə fundamental razılaşmaları yerinə yetirə bilmədiyi üçün məsuliyyəti digər tərəflərin üzərinə atmağa çalışır. Ağ Evin Suriya ilə atəşkəs haqqında əməkdaşlığın dayandırılması qərarından təəssüflənirik".
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Suriya məsələsində Rusiya ilə əməkdaşlığa son qoymasına dair qərarına münasibət bildirərkən qeyd edib.
Qeyd edək ki, bu gün ABŞ Suriyada atəkşəsin əldə olunmasına dair Rusiya ilə əldə olunmuş razılığı birtərəfli qaydada dayandırdığını bəyan edib. Buna səbəb kimi, Rusiyanın Əsəd qüvvələrilə birgə Suriyada mülki əhalini bombalaması göstərilir.