"Rusiya hər kəsin səbrini tükəndirdi".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Çoş Ernest deyib.
Onun sözlərinə görə, Moskva götürdüyü öhdəlikləri yerinə yetirməyib: "Buna görə də Rusiya və ABŞ arasında Suriya ilə bağlı əməkdaşlıq dayandırıldı. Bu çox təəssüf doğurur. Atəşkəsin davam etdirilməməsi və zorakılığın yenidən artmasına görə Rusiya məsuliyyət daşıyır. Moskva rəhbərliyi öhdəliklərinə sadiq qalmadı. Rusiya Suriyada əməliyyatlara başladığı gündən İŞİD-ə qarşı mübarizədə heç bir irəliləyiş görmədik".
Ernest əlavə edib ki, ABŞ Suriya böhranının diplomatik həllini axtarmaqda davam edəcək.
ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Elizabet Trudeau isə bildirib ki, Suriya ilə bağlı əməkdaşlığın dayandırılması iki ölkə arasındakı əlaqələrin tamamən kəsilməsi demək deyil.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin ABŞ-ın əməkdaşlığı dayandırması qərarını belə qiymətləndirib: "ABŞ Suriayda terrorçularla müxalifləri ayırd etməkdə çətinlik çəkdiyi üçün bu qərarı verib".
Samir