ABŞ-da vitse-prezidentliyə namizədlər arasında debat baş tutub. Debatlarda Demokratlar partiyasının namizədi Tim Keyn və Respublikaçılardan olan Maykl Pens iştirak edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qarşılıqlı ittihamlarla yadda qalan debatlarda diqqət çəkənb məqam namizədlərin Rusiya prezidenti Vladimir Putinlə bağlı səsləndirdikləri fikirlər olub.
Tim Keyn Vladimir Putini diktator adlandırıb. Jurnalistin “ABŞ və Rusiya münasibətlərindəki gərginliyin səbəbi nədir” sualına Keyn belə cavab verib: “Putindir. O lider deyil, diktatordur. Hillari Klinton Putinin kim olduğunu bilir”.
Keyn əlavə edib ki, prezidentliyə namizəd Donald Tramp və onun müttəfiqi Maykl Pens Putinə yaltaqlanır. Keynin bu ittihamını rəqibi Pens cavabsız qoymayıb. O, bunun yalan olduğunu deyib. Ancaq Keyn bir müddət öncə respublikaçıların bəyanatını xatırladıb: “Onlar bildiriblər ki, Putin Obamaya nisbətən öz ölkəsində çox güclü liderdir”.
Maykl Pens də Putinlə bağlı fikirlərini bölüşüb. O deyib ki, Tramp Putinin "gücünə" prezident seçilsə, rusiyalı lider ABŞ administrasiyasına hörmət edəcək”.
Bu arada, Donald Tramp “Reuters” agentliyinə açıqlamasında Rusiyanın ABŞ-la bağlı verdiyi qərarı dəyərləndirib: “Rusiya Suriya ilə bağlı razılaşmanı pozdu, onlar indi atəş açırlar, bombalayırlar. Buna tez bir zamanda son qoyulmalıdır. Rusiya amerikalı liderlərə hörmət etmir”.
Samir