10 Oktyabr 2016 15:16
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda uşaqların 72 faizi pis şəraitdə böyüyür.

Teleqraf.com xəbər verir ki, bu, UNISEF-in Ermənistan Statistika Xidməti ilə birlikdə apardığı araşdırmadan bəlli olub.

BMT-nin proqnozlarına görə, yaxın gələcəkdə Ermənistan əhalisi 1,7-1,8 milyon nəfərə qədər azalacaq. BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayretpetyan bildirib ki, ölkənin əhalisi son 10 ildə sürətlə azalıb. Bunun əsas səbəbləri doğum sayının aşağı düşməsi, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli həddədir.

Ölkədə miqrasiyanın mənfi saldosu ilin 9 ayı ərzində 25 mini keçib. Sosioloq Aram Adıbekyan əhalinin xaricə axınının qarşısını almaq üçün 150 milyard dram vəsait lazım olduğunu açıqlayıb. Bildirib ki, əks təqdirdə miqrasiya ölkədə ən ciddi problem olaraq qalacaq və daha ciddi fəsadlarla nəticələnəcək (Azərtac).


Müəllif:

Oxşar xəbərlər