Nigeriya prezidenti Məhəmməd Buharinin həyat yoldaşı ölkəni qarışdıracaq açıqlama verib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, birinci xanım həyat yoldaşından hökumətdə dəyişikliklər etməsini tələb edib.
O bildirib ki, əri hökumətdə dəyişikliklər etməsə, növbəti seçkilərdə ona dəstək verməyəcək. Ayşə Buharinin sözlərinə görə, prezidentin təyin etdiyi bir çox yüksək rütbəli məmurlar ölkəni qarət edir və hərc-mərclik yaradır.
Cənab Buhari keçən il seçkilərdə qalib gələrək korrupsiya və nepotizmə qarşı mübarizə aparacağına söz verib.
Elvin