Qaziantepdə polisin əməliyyat keçirdiyi evdə terrorçu özünü partladıb.
Teleqraf.com-un "Hürriyet"ə istinadən xəbərinə görə, polis Güneykənd Məhəlləsindəki evə İŞİD terrorçularını həbsetmək üçün gedib.
Gaziantep valisi Əli Yerlikaya bildirib ki, terror aktı nəticəsində 3 polis şəhid olub. 4-ü Suriya vətəndaşı olmaqla daha 8 nəfər isə yaralanıb.
Terrorçular şiə mədəniyyət dərnəyi üzvlərinə qarşı terror aktı planlaşdırırmış.
Nihad