18 Oktyabr 2016 22:39
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd Rusiyanın "Rossiya 24" telekanalına verdiyi müsahibədə bildirib ki, ona ərini tərk etməsi üçün pul təklif ediblər.

Teleqraf.com xəbər verir ki, Ə.Əsəd təklifi qəbul etmədiyini deyib: "Bu təklifin məqsədi Bəşər Əzədi mənən zəiflətmək idi. Amma daxili savaş başlayandan bəri heç ərimi tərk etmədim".

41 yaşlı üç uşaq anası onu da deyib ki, ona Əsədi tərk etmək təklifi edənlər onun övladlarının və əmlakının güvəndə olacağını bildiriblər: "Bu adamların məqsədlərini anlamaq üçün dahi olmağa ehtiyac yoxdur. Xalqın prezidentlərinə olan etibarını qırmaq üçün bu cür cəhdlər edirlər. Amma mən ilk gündən buradayam. Başqa bir yerə getməyi düşünmürəm".

Ruslan


Müəllif:

Oxşar xəbərlər