Bu gün Tacikistan parlamentinin aşağı palatası "Sülhün və milli birliyin banisi - Millət lideri" haqda qanuna hazırkı dövlət başçısı İmaməli Rəhmana müstəqil Tacikistanın banisi statusu verən dəyişiklik edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, həmin sənəd ötən ilin dekabrında konstitusiya qanunu kimi qəbul edilib.
Millətin liderinin adına təqaüd, fond və orden də olacaq.
Depuatatlar həmçinin "Tacikistan prezidentinin sosial təminatı, mühafuizəsi və ona göstərilən xidmət" haqqında da konstitusiya qanunu layihəsini müzakirə ediblər.
Bu ilin mayında ölkədə Prezident günü təsis olunub.
MAHİR