Fransadan olan könüllü gənc Avropadakı sakit həyatını atıb, Hələbdə əziyyət çəkən insanlara kömək etmək məqsədi ilə Suriyaya gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 27 yaşlı Pyer Le Korf humanitar yardım məqsədi ilə buna qədər Afrikada, Vyetnamda, Argentinada və Meksikada olub. Onun növbəti dayanacağı Suriyadır. 3 ildir bu ölkədə yaşayan gənc oğlan bir çox şəxslərə yardım edib.
O, Hələbdəki kinoteatrın binasında dinc sakinlərə tibbi yardımlar göstərir: "Hər gün burada onlarla insan ölür. Yaralıların əksəriyyəti köməksizlikdən xəstəxanalarda dünyasını dəyişir. Mən onlara kömək etmək üçün buradayam".
Elvin