İraqda şiə özünümüdafiə dəstələri Mosulla Suriyanın Raqqa şəhərini birləşdirən yolu nəzarət altına alıblar. Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi xəbər yayıb.
Qeyd edək ki, Suriyadan hərbi təchizat məhz bu yolla İŞİD üzvlərinə çatdırılır.
Mosulda İŞİD-ə qarşı əməliyyat oktyabrın 17-də başlayıb.
Əməliyyatda İraq ordusu, kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.