Fransada fövqəladə vəziyyət rejimi ilə nəzərdə tutulan tədbirlərə müvafiq olaraq 4 məscid bağlanıb.
"Report" xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"Bu məscidlər Fransa Respublikasının dəyərlərinə uyğun olmayan və ictimai təhlükəsizliyə təhlükə yaradan radikal ideologiyanın yayılmasına xidmət edib", - deyə DİN-in yaydığı rəsmi məlumatda bildirilir.
Sözügedən bütün ibadət evləri Paris yaxınlığında yerləşən İl-de-Frans regionunda- Val-de-Marn, İvelin və Sena-Sen-Deni departamentlərində yerləşir.
Fransada fövqəladə rejim 2015-ci ilin noyabrında Parisdə törədilən terror aktından sonra tətbiq edilib.