Suriyanın Hələb şəhərində 10 saat humanitar fasilə başlayıb.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Rusiyanın Müdafiə Nazirliyinin saytında humanitar dəhlizlərin keçid məntəqələrində yerləşdirilmiş nəzarət kameralarından, eləcə də dəhliz boyu hərəkət edən pilotsuz uçan aparatlardan onlayn yayım həyata keçirilir.
Qeyd olunub ki, humanitar fasilə dinc sakinlərin, o cümlədən xəstə və yaralıların təxliyyəsi, eləcə də istəyəcəkləri təqdirdə yaraqlıların könüllü təslim olması üçün nəzərdə tutulub.
Fasilə Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə elan edilib və saat 09:00-dan 19:00-dək davam edəcək.