ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə nümayəndəsi Maykl Flinin "The Hill" qəzetində dərc olunan məqaləsində Türkiyə və Fətullah Gülənlə bağlı maraqlı açıqlamalar yer alıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Vaşinqtonu "Türkiyənin Usama Bin Ladeni"nə sığınacaq verməkdə ittiham edib:
"Müttəfiqimiz olan Türkiyə böhran içindədir və dəstəyimizə ehtiyacı var. Barak Obama administrasiyası Türkiyəni lazımi qədər dəyərləndirmədi. Türkiyəni xarici siyasətimizdə prioritet etməliyik. Əvvəla, Türkiyənin ABŞ maraqları baxımından vacib bir ölkə olduğunu anlamaqla işə başlamalıyıq. Türkiyə İraq və Suriyada İŞİD terror təşkilatı ilə mübarizədə ən güclü müttəfiqdir.
ABŞ Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə sığınacaq verməməlidir. 11 sentyabrdan sonra Usama Bin Ladenin Türkiyənin hansısa kəndində rahat həyat qurduğunu və 160 məktəbi idarə etdiyini bilsəydiz, nə edərdiz? Gülən özünü mötədil olaraq göstərir, ancaq onun əsil üzü görünəndən fərqlidir".
Samir