Hillari Klintonun seçki qərargahının nümayəndələri onun ABŞ-da keçirilən prezident seçkisində məğlubiyyətində FBI direktoru Ceyms Komini günahlandırıblar.
“Report” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Fox News məlumat verib.
Klintonun seçki kampaniyasının araşdırma bölməsinin rəhbəri Nevin Neyak (Navin Nayak) Klintonun ştabının yüksək vəzifəli əməkdaşlarına elektron məktub yazaraq bildirib ki, seçkidən bir neçə gün əvvəl Kominin ikinci bəyanatı Donald Trampa Klintonu qabaqlamda yardımçı olmuşdu.
Qeyd edək ki, FBI iyul ayında eks dövlət katibi Hillari Klintonun şəxsi serverindəki məktublarla bağlı araşdırmanın dayandırıldığını bildirmişdi. Lakin ölkədə prezident seçkilərinə 11 gün qalmış serverdə Klintonun köməkçisinin yeni məktubları aşkarlandığından araşdırma bərpa edilib. Bu barədə qurumun rəhbəri Ceyms Komi deputatlara müvafiq müraciətində bildirmişdi.