14 Noyabr 2016 08:35
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin sədri Martin Şultsu "riyakar" adlandırıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, M.Çavuşoğlu Ankarada səfərdə olan Çin XİN rəhbəri Van İn ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa Parlamentinin Türkiyəyə qarşı təhdidləri nəticəsiz olacaq. Yaxşı olardı ki, Avropa Parlamentində PKK-nın fəaliyyəti pislənilsin, terrorçulara qarşı çağırışlar edilsin. Biz Martn Şults və digərlərində ikiüzlülük müşahidə edirik. Onların riyakarlığı Çinə də bəllidir" .

Xatırladaq ki, Avropa parlamentinin sədri Martin Şults bir neçə gün öncə Türkiyəni iqtisadi sanksiyalarla hədələyib. Həmçinin bu ilin iyulunda AP-nin binasında PKK-ya aid sərgi keçirilib.


Müəllif:

Oxşar xəbərlər