Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ev dustaqlığına buraxılıb. Teleqraf.com Rusiya KİV-nə istinadla xəbər verir ki, Basman rayon məhkəməsi 2 milyon dollar rüşvət almaqda ittiham olunaraq həbs edilmiş nazirin ev dustaqlığına buraxılması barədə vəkillərin vəsatətini təmin edib.
A. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, nazir rüşvət alarkən saxlanılmışdı.
Ruslan