ABŞ prezidentliyinə namizəd Hillari Klinton seçkidə Respublikaçılar Partiyasının namizədi Donald Trampa məğlub olandan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Teleqraf.com xəbər verir ki, Klinton Vaşinqtonda uşaqların müdafiəsinə həsr olunan tədbirdə çıxışına “Etiraf edirəm, bu gecə bu mərasimə qatılmaq mənim üçün asan olmadı” cümləsi ilə başlayıb: “Son 1 həftədir əlimə yaxşı kitab götürüb itlərimlə birgə evə qapanmaq istəyim vardı. Evdən bayıra çıxmaq istəmirdim”.
O, uşaqlar, ailələr və ölkə üçün çox işlərin görülməsinin vacibliyini qeyd edib. Çıxışı zamanı ABŞ-ın yeni prezidenti Donald Trampın adını çəkməyən Klinton hazırda mümkün görünməsə belə birgə əməkdaşlığın mümkünlüyünə toxunub.
Amerika mediasında yer alan xəbərlərdə Klintonun demokrat deputata “Heç kəs seçkinin nəticəsinə görə məndən daha kədərli ola bilməz. Ürək yarası bir gecədə sağalmır, bu da düzəlməyəcək” fikirlərini söylədiyi iddia edilir.
Kəmalə