24 Noyabr 2016 14:41
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hakimiyyəti övladlarına miras kimi ötürmək niyyətində deyil.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bununla bağlı "Bloomberg" agentliyinə müsahibəsində danışıb:

"Bizim Konstitusiyamızda bu məsələ aydın formada izah edilir. 2020-ci ilə qədər işləyəcəm. Ondan sonra sizinlə görüşərik".

Qeyd edək ki, Nazarbayevin böyük qızı Dariqa 2016-cı ilin sentyabrında senatın xarici əlaqələr komitəsinin sədri vəzifəsinə təyin edilib. Prezidentin ikinci qızı Dinara həyat yoldaşı Timur Kulibayevlə Qazaxıstanın ikinci ən böyük bankına sədrlik edir. Balaca qızı Aliya isə tikinti biznesi ilə məşğuldur.

Samir


Müəllif:

Oxşar xəbərlər