Türkiyədə fövqəladə vəziyyət rejiminin yekunlaşacağı tarix açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin baş naziri Binali Yıldırım məlumat verib. Onun sözlərinə görə, fövqəladə vəziyyət ölkədə baş tutacaq referendumdan öncə yekunlaşacaq.
Qeyd edək ki, iyulun 16-da hərbi çevrilişə cəhddən sonra Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edilib. Oktyabrda isə bu rejimin vaxtı 3 ay müddətinə uzadılıb.
Samir