Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini İstanbulda baş verən terror hücumuna münasibət bildirib.
Axar.az xəbər verir ki, xanım siyasətçi 2017-ci ilə də terror xəbəri ilə başladıqlarını deyib: “2017-ci il İstanbulda terror hücumu ilə başladı. Düşüncələrimiz həyatını itirən və onların yaxınları ilədir. Bu faciələri əngəlləmək üçün çalışırıq”.
Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum olub. Hadisə nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.