Hindistan Ali Məhkəməsi yanvarın 2-də siyasətçilərin səs toplamaq məqsədilə seçkiqabağı kampaniya zamanı din və ya kasta mənsubiyyəti məsələlərindən istifadə etməməsi haqqında qərar verib.
"Report" TASS-a istinadən xəbər verir ki, qərar yerli namizədlərin dini şüarlardan fəal şəkildə istifadə etdikləri ölkənin bir sıra ştatlarında qanunverici yığıncaqlara seçkilər ərəfəsində qəbul olunub.
"Heç bir siyasətçi kasta, inanc və ya dindən istifadə etməklə səs toplaya bilməz. Seçki prosesi dünyəvi prosesdir. Dövlət və dinin qarışdırılması konstitusiyaya ziddir", - Ali Məhkəmənin sədri Tiratx Sinqx Txakurun deyib.
Ali Məhkəmə hesab edir ki, seçkiqabağı kampaniyalarda din, kasta, irq, icma və ya dil mənsubiyyəti ilə bağlı şüarların istifadəsi qanunaziddir: "İstənilən seçki kampaniyası ölkə konstitusiyasının dünyəvi xarakterinə uyğun olmalıdır".